Dünyanın ən yaşlı avtobus sürücüsü

25.11.2025

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Texas sakini Reymond Hager dünyanın ən yaşlı avtobus sürücüsü adına layiq görülüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ginnesin rekordlar kitabı ofisi məlumat yayıb.

95 yaşlı Hager 14 yaşından avtomobil idarə edir. Daha çox böyük avtomobillərə marağı olmuş Hager ahıl yaşlarında avtobusun sükanı arxasına keçib. 27 ildir ki, Uiçita-Folls şəhərində "Falls Ride" ictimai nəqliyyat sistemində sərnişin daşıması ilə məşğuldur. 

Qeyd edək ki, dünyanın ən yaşlı avtobus sürücüsü səhhəti imkan verdikcə bu işi davam etdirmək fikrindədir.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью