Icma.az bildirir, Lent az portalına istinadən.
Alimlər dünyanın ən yaşlı quru heyvanı hesab edilən Conatan adlı nəhəng tısbağanın uzunömürlülüyünün genetik səbəblərini müəyyənləşdirməyə çalışıblar.
Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Kembric Universitetinin araşdırmasına istinadən məlumat yayıb.
Təxminən 1832-ci ildə dünyaya gəldiyi hesab edilən Conatan hazırda Müqəddəs Yelena adasında yaşayır. Onun yaşı təxminən 194 ildir.
Alimlər tısbağanın genetik məlumatlarını təhlil edərək qocalmanın təsirini azalda bilən proseslərlə əlaqəli 287 fərqli genetik variant aşkar ediblər. Həmin variantlar DNT-nin bərpası, iltihabın idarə olunması, insulin mübadiləsi və xərçəngdən qorunma mexanizmləri ilə əlaqələndirilir.
Araşdırmanın maraqlı nəticələrindən biri də Conatanın bəzi gen tənzimləmə xüsusiyyətlərinin özündən xeyli cavan tısbağaların göstəricilərinə bənzəməsidir. Bununla belə, tapıntı insan ömrünün eyni mexanizmlərlə uzadıla biləcəyini sübut etmir.