Dünyanın ən yaşlı insanı 117 yaşını qeyd edir

21.08.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

London, 21 avqust, AZƏRTAC

Dünyanın ən yaşlı insanı hesab olunan Etel Katerhem 117 yaşını qeyd edir.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, 1909-cu ildə, Kral VII Eduardın hakimiyyəti dövründə anadan olan Etel Katerhem hazırda İngiltərənin Surrey qraflığında qocalar evində yaşayır. O, 117-ci doğum gününü ailəsi və dostları ilə birlikdə qeyd edir. Etel Katerhem ad günü münasibətilə ünvanlanan təbriklərə görə təşəkkürünü bildirib.

Etel Katerhem 2025-ci ilin aprelində 116 yaşlı braziliyalı rahibə İnah Kanabarro Lukasın vəfatından sonra dünyanın ən yaşlı yaşayan insanı olub. Kral III Çarlz ötən ilin sentyabrında, onun 116-cı doğum günündən qısa müddət sonra Etel Katerhemi ziyarət edib. Görüş zamanı o, Kralın 21 yaşında olduğu 1969-cu ildə Uels Şahzadəsi elan edilməsi mərasimini xatırladaraq həmin vaxt bütün qızların ona aşiq olduğunu və onunla evlənmək istədiyini söyləyib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью