Dünyanın ən yaşlı marafonçusunu maşın vuraraq öldürüb

15.07.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Dünyanın ən yaşlı marafonçusu hindistanlı Fauca Sinqh yol-nəqliyyat hadisəsində dünyasını dəyişib. Onun 114 yaşı var idi.

Oxu.Az xəbər verir ki, bu barədə "Hindustan Times" idmançının bioqrafına istinadən məlumat yayıb.

Məlumata görə, Sinqh yaşadığı kənddə yolu keçərkən naməlum avtomobil onu vurub. Avtomobilin sahibi hadisə yerindən qaçıb. Həkimlərin səyinə baxmayaraq, marafonçu dünyasını dəyişib.

Qeyd edək ki, Sinqh beş yaşına qədər yeriyə bilməyib, böyüyəndə isə həvəskar idmançı olub.

2013-cü ildə Sinqhin 101 yaşı olanda o, 10 kilometrlik marafonu 1 saat 32 dəqiqə 28 saniyəyə qət edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью