Dünyanın ən yaşlı olimpiya çempionu 103 yaşında vəfat etdi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

03.01.2025

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın ən yaşlı olimpiya çempionu, macarıstanlı Aqneş Keleti 104 yaşına bir həftə qalmış, 103 yaşında vəfat edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Macarıstan hökuməti məlumat yayıb.

Baş nazir Viktor Orban sosial şəbəkələrdə onun xatirəsini yad edib. O, Keletinin olimpiadalarda idman gimnastikası üzrə beş qızıl medal qazandığını və ölkənin ən görkəmli idmançılarından biri olduğunu qeyd edib.


Xatırladaq ki, 1954-cü ildə dünya çempionu adına da yiyələnən Keleti 1952 və 1956-cı illərdə keçirilən Olimpiya Oyunlarında çempion titulunu əldə edib. Onun aktivində üç gümüş və iki bürünc medal var. 

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью