Dünyanın ən yaşlı pişiyi

29.07.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Böyük Britaniyanın Stokport şəhərinin sakini Lesli Qrinhau ona məxsus pişiyin dünyada ən yaşlı olduğunu iddia edir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Milli ləqəbli pişiyin bu il 31 yaşı tamam olub.

Qrinhau pişiyin adının Ginnesin Rekordlar Kitabına salınmasını arzulayır. Məsələ burasındadır ki, Millinin yaşını təsdiq edən sənədi yoxdur. Pişiyi 1995-ci ildə həyat yoldaşı 3 aylıq olarkən himayəyə götürüb. Elə həmin il çəkilmiş foto Qrinhaunun əlində olan yeganə dəlil-sübutdur. Əgər bu, Ginnesin rekordlar kitabının redaksiyasını qane etsə, o halda Milli dünyanın ən yaşlı pişiyi adını rəsmən qazana bilər. Hazırda isə bu ad Londonda bəslənən Flossi adlı pişiyə məxsusdur. Flossinin ötən ilin sonlarında 30 yaşı tamam olub.

Yeri gəlmişkən, alimlərin hesablamalarına görə, 31 yaşlı pişik 146 yaşlı insan kimidir. 

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью