Dünyanın ən yaşlı prezidenti tapıldı

21.08.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Kamerun prezidenti Pol Biya həyat yoldaşı Şantel Biya ilə birlikdə 73 gündən sonra vətənə qayıdıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 93 yaşlı prezident İsveçrənin Cenevrə şəhərindən paytaxt Yuandaya çarter reysi ilə gəlib.

Nsimalen hava limanında təntənəli sürətdə qarşılanan Biya iqamətgahı olan Birlik Sarayına yola düşüb. Prezident yolboyu tərəfdarlarını - Kamerun Xalq Demokratik Hərəkatının üzvlərini və vətəndaşları salamlamaqla ilk dəfə ictimaiyyət arasında görünüb.

Qeyd edək ki, 44 ildir hakimiyyətdə olan Pol Biyanın bu qədər ölkədən kənarda qalması müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olmuşdu. Yerli müxalifətin iddiasına görə Biyanın səhhətində ciddi problemlər var və dövləti idarə etmək iqtidarında deyil.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью