Dünyanın ən yaşlı qorillası

14.04.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

Berlin zooparkının sakini olan Fatu ləqəbli qorillanın 69 yaşı tamam olub.

525.az xarici KİV-ə istinadən  xəbər verir ki, Fatu hazırda dünyanın ən yaşlı qorillası hesab olunur.

Təbiətdə qorillalar 35-45 il yaşayırlar. Fatu isə bu rekordu çoxdan vurub. 1959-cu ildə körpə ikən Berlin zooparkında gətirilən qorillanın bütün həyatı bu heyvanxana ilə bağlıdır. 

Fatunun dəqiq doğum günü məlum deyil. Bu üzdən onun ad günü heyvanxanaya gətirildiyi gündən hesablanır. 

Yeri gəlmişkən, zoopark rəhbərliyi 69 yaşlı "qoca"ya hədiyyə verməyi də unutmayıb. Ona bambukdan buket və 1 səbət meyvə verilib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью