Dünyanın ən yaxşı 10 hücumçusu Türkiyədə oynayan bir futbolçu var

25.12.2024

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bütün dünyada futbol həyəcanı davam edərkən məşhur "FourFourTwo" jurnalı 2024-cü ilin ən yaxşı 10 hücumçusunun siyahısını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, superulduzların yer aldığı bu siyahıda Türkiyədən yalnız "Qalatasaray" klubunun formasını geyinən Viktor Osimhen təmsil olunub. 

Birinci yeri "Mançester Siti"dən Erlinq Haaland tutur. Onu "Bavariya" forması geyinən Harri Keyn izləyir. İlk üçlüyü "Real Madrid"dən Kilian Mbappe qapayır.

Növbəti dörd yerdə ardıcılı olaraq Viktor Dyokereş ("Sportinq"), Robert Levandovski ("Barselona"), Lautaro Martinez ("İnter") və Aleksander İsak ("Nyukasl Yunayted") tutur.

"Qalatasaray"ın "Napoli"dən icarəyə götürdüyü Viktor Osimhen 8-ci yerdə qərarlaşıb.

İlk onluğu Omar Marmuş ("Ayntraxt Frankfurt") və Olli Uotkins ("Aston Villa") qapayır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью