Dünyanın ən yaxşı 10 qapıçısı açıqlandı Siyahı

06.12.2024

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Britaniyanın “FourFourTwo” nəşri dünyanın ən yaxşı on qapıçısının reytinqini tərtib edib.
Yeniavaz.com
xəbər verir ki, siyahıya görə, birinci yerdə İngiltərənin “Liverpul” klubunun braziliyalı futbolçusu Alison Bekker qərarlaşıb.
İlk üçlüyə həmçinin “Real Madrid”in belçikalı qapıçısı Tibo Kurtua və “Mançester Siti”nin braziliyalı qapıçısı Ederson daxil olub.
Siyahını təqdim edirik:
1. Alison Bekker (“Liverpul”)
2. Tibo Kurtua (“Real Madrid”)
3. Ederson (“Mançester Siti”)
4. David Raya (“Arsenal”)
5. Manuel Noyer (“Bavariya”)
6. Emiliano Martines (“Aston Villa”)
7. Mik Menyan (“Milan”)
8. Canluici Donnarumma (PSJ)
9. Unay Simon (“Atletik”)
10. Giorgi Mamardaşvili (“Liverpul”/”Valensiya”).
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью