Dünyanın ən yaxşı aviaşirkəti SEÇİLDİ

09.12.2024

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Brussels Airlines" 2024-cü ildə dünyanın ən yaxşı aviaşirkəti seçilib. 

Redaktor.az xəbər verir ki, müvafiq reytinqi sərnişinlərin hüquqlarını qoruyan "AirHelp" şirkəti dərc edib.

Beləliklə, Brüssel aviadaşıyıcısı 8,12 xalla lider olub. "Qatar Airways" ikinci (8,11), "United Airlines" isə siyahıda üçüncü (8,04) olub.

Həmçinin ilk onluqda "American Airlines" (8,04), "Play" (7,89), "Austrian Airlines" (7,89), "LOT Polish Airlines" (7,84), "Air Arabia" (7,58), "Wideroe" (7,55), "Air Serbia" (7,53) şirkətləri yer alıb.

"Qatar Airways" daha əvvəl dünyanın ən yaxşı aviaşirkəti seçilib. Daşıyıcı həmçinin dünyanın ən yaxşı biznes klassı və biznes salonu üçün mükafatlar alıb.

Sevinc İBRAHİMZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью