Dünyanın ən yaxşı çimərliyi

09.10.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

"The Travelers" səyahət platforması turistlərin rəyinə əsasən bu il üçün dünyanın ən yaxşı çimərliyini müəyyənləşdirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksikada, Karib dənizi sahilində yerləşən İsla-Pasyon ən yaxşı seçilib.

İkinci yerə Yunanıstandakı Elafonisi layiq görülüb. Üçüncü yerdə isə yenə də Yunanıstandakı, Krit adasındakı Balos çimərliyi qərarlaşıb.

Qeyd edək ki, seçim zamanı mənzərə, əyləncə, xidmət və digər məqamlar nəzərə alınıb.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью