Dünyanın ən yaxşı futbolçusu Avropa çempionatını buraxa bilər

29.06.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qadınlardan ibarət İspaniya millisinin futbolçusu Aitana Bonmati iyulun 2-də İsveçrədə start götürəcək Avropa çempionatını buraxa bilər.

İdman.biz xəbər verir ki, 2023 və 2024-cü illərdə qadın futbolunda “Qızıl top”u qazanmış 27 yaşlı yarımmüdafiəçi viruslu meningit diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qadınlar arasında hazırkı dünya çempionu İspaniya millisi Avropa çempionatında ilk oyununu iyulun 3-də Portuqaliyaya qarşı keçirəcək.

Bonmatinin turnirdə iştirak edib-etməyəcəyi və ya əvəzinə heyətə başqa futbolçunun daxil ediləcəyi hələlik məlum deyil.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью