Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Klub həyatı üçün dünyanın ən yaxşı şəhərlərinin reytinqini açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə “Time Out” nəşri məlumat yayıb. Siyahı 150 şəhərdə 24 mindən çox insan arasında keçirilən sorğunun nəticələri əsasında hazırlanıb. Reytinqdə ilk pillədə Bolqarıstanın paytaxtı Sofiya qərarlaşıb. Sorğuda iştirak edən Sofiya sakinlərinin 72 faizi şəhərin klub həyatını gecə əyləncəsinin əsas üstünlüklərindən biri kimi qiymətləndirib.
İkinci yeri 71 faiz göstərici ilə Kolumbiyanın Medellin və Perunun Lima şəhərləri bölüşüb. İlk 10-luqda, həmçinin Mayami, Panama, Liverpul, Boqota, Qvadalaxara, Nyukasl və Las-Veqas yer alıb.
Reytinqdə ilk 20-lik belədir:
Sofiya, Bolqarıstan — 72% Medellin, Kolumbiya — 71% Lima, Peru — 71% Mayami, ABŞ — 70% Panama, Panama — 69% Liverpul, Böyük Britaniya — 69% Boqota, Kolumbiya — 68% Qvadalaxara, Meksika — 67% Nyukasl, Böyük Britaniya — 67% Las-Veqas, ABŞ — 67% Nayrobi, Keniya — 65% Buxarest, Rumıniya — 65% Yohannesburq, Cənubi Afrika — 64% Madrid, İspaniya — 62% Mexiko, Meksika — 62% Brayton, Böyük Britaniya — 62% Akkra, Qana — 59% San-Paulu, Braziliya — 59% Kardiff, Böyük Britaniya — 56% Mançester, Böyük Britaniya — 56%Qeyd edək ki, avqustun 26-da nəşr gecə həyatı üçün dünyanın ən yaxşı şəhərlərinin ümumi reytinqini də açıqlayıb. Həmin siyahıda ilk üçlükdə Banqkok, Berlin və Nyu-York qərarlaşıb.
Ümumi reytinq hazırlanarkən gecə həyatının keyfiyyəti və əlçatanlığı ilə yanaşı, təhlükəsizlik, sosial mühit, şəhərin canlılığı və müxtəlifliyi də nəzərə alınıb. Ümumi siyahıya hər ölkədən yalnız bir şəhər daxil edilib. Klub həyatı üzrə reytinqdə isə belə məhdudiyyət tətbiq olunmayıb.