Dünyanın ən yaxşı universitetləri Bakıda AÇIQLANACAQ

13.11.2024

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 18-də COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan ediləcək. 
Bu barədə Demokrat.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Tədbir Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və QS-in birgə təşkilatçılığı ilə Yaşıl zonada keçiriləcək.
Tədbir çərçivəsində dünyanın qabaqcıl universitetlərinin nümayəndələrinin iştirakı ilə “Ali təhsildə dayanıqlılıq: davamlı universiteti idarə etmək üçün nə lazımdır?” mövzusunda panel sessiyası da təşkil olunacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью