Dünyanın ən yaxşı universitetləri bəlli oldu SİYAHI

26.02.2025

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Böyük Britaniyanın "Times Higher Education" jurnalı dünyanın ən yaxşı universitetlərinin reytinqini - "World Reputation Ranking-2025" açıqlayıb. 

Sfera.az xəbər verir ki, siyahıya dünyanın 38 ölkəsindən 300 universitetin adı daxil edilib.

TOP 10 da olan universitetlərin siyahısını təqdim edirik:

1. Harvard University (ABŞ)
2. Massachusetts Institute of Technology (ABŞ)
3. University of Oxford (BB)
4. Stanford University (ABŞ)
5. University of Cambridge (BB)
6. University of California, Berkeley (ABŞ)
7. Princeton University (ABŞ)
8. Tsinghua University (Çin) 
9. Yale University (ABŞ)
10. The University of Tokyo (Yaponiya)

Qeyd edək ki, reytinqdə ən çox yer tutan ölkə ABŞ-dir. Belə ki, siyahıda ABŞ-dən 71, Böyük Britaniyadan 39 universitet, Almaniyadan 27 universitet qərarlaşıb.

Türkiyədən isə 1 universitet (ODTÜ) siyahıda yer alıb.

Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью