Dünyanın ən zəngin adamıdır, amma xoşbəxt deyil Foto

06.02.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hazırda 850 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamı olan İlon Mask sahibi olduğu "X" platformasında paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, Mask pulun insanı xoşbəxt etmədiyini bildirib.

O, paylaşımında "Pul xoşbəxtliyi satın ala bilməz" deyən şəxs, həqiqətən, nə söylədiyini bilirdi" deyə, yazıb. Milyarder paylaşımına kədərli emoji də qoyub.

Qeyd edək ki, Mask həm də 14 uşaq atasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью