Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır. Dünyanın ən zəngin 10 adamının sərvətinin ümumi dəyəri 2 trilyon 875 milyard dollar
Texnologiya sektoru liderlərinin üstünlük təşkil etdiyi siyahı rəqəmsal transformasiyanın iqtisadiyyata təsirlərini də ortaya qoyur.
Bu milyarderlərin çoxu texnologiyaya, rəqəmsal mediaya və lüks sektorlara böyük sərmayələr qoymağa davam edir.
Ölkə.Az dünyanın ən zəngin 10 adamının siyahısnı təqdim edir. Siyahıya 385 milyard dollarla İlon Mask liderlik edir.
"Meta"nın rəhbəri Mark Zukerberq 241 milyard dollar sərvətlə ikinci yerdə qərarlaşıb.
“Amazon”un qurucusu Cef Bezos 237 milyard dollar sərvətlə üçüncü yerdə qərarlaşıb.
Hər iki milyarder texnologiya sektoru vasitəsilə böyük sərvət toplayıblar.
Dördüncü yerdə Avropanın ən varlısı, fransalı iş adamı Bernard Arnault 196 milyard dollarlıq sərvətlə qərarlaşıb.