“Dünyanın əsas oyunçuları Suriyada döyüşür” Lukaşenko Yeni Çağ Media

10.12.2024

Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.

Aleksandr Lukaşenko Suriyada baş verən hadisələri Belarus üçün dərs adlandırıb , çünki Minsk öz müqəddəratını müstəqil müəyyənləşdirməlidir.

Yenicag.az xəbər verir ki, onun sözlərini “İnterfaks” sitat gətirib.

“İndi orada elə bir qarışıqlıq var ki, bu hələ başlanğıcdır. Hakimiyyət uğrunda mübarizə başlayacaq. Dünyanın əsas oyunçuları Suriyada döyüşür, bu, bizim üçün dərsdir – öz taleyimizi özümüz təyin etməliyik”, – Lukaşenko bildirib.

Onun sözlərinə görə, Suriya təcrübəsi Belarus üçün vacibdir, çünki bu ölkə vaxtilə “sınaq meydançasına” çevrilmişdi.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью