Dünyanın fərqli güc mərkəzləri Azərbaycana yönəlir Səbəb bəllidir

27.11.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Milli Məclisin plenar iclasında çıxış edən deputat Zaur Şükürov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və balanslı xarici siyasət kursu çərçivəsində Azərbaycanın müxtəlif coğrafiyalarda beynəlxalq əməkdaşlığının uğurla inkişaf etdirildiyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, parlamentari son aylarda ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin, dövlət başçısının intensiv ikitərəfli və çoxtərəfli görüşlərinin, eləcə də xarici dövlət və parlament rəhbərlərinin Azərbaycana səfərlərinin ölkəmizin artan nüfuzunun və etibarlı tərəfdaş mövqeyinin göstəricisi olduğunu vurğulayıb. Xüsusilə Cənub-Şərqi Asiya dövlətləri ilə münasibətlərin dinamik inkişafına diqqət çəkən Z.Şükürov 2022-ci ilin noyabrında Kamboca Krallığında keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlament Assambleyasının (AIPA) 43-cü Baş Assambleyasında Milli Məclisə müşahidəçi statusunun verilməsini əlamətdar hadisə kimi xatırladıb. 

O qeyd edib ki, daxili nizamnaməyə əsasən bu cür müraciətlərə adətən 2–3 il ərzində baxılsa da, Azərbaycan parlamentinin müraciəti prioritet qaydada dərhal təsdiqlənib və bu nailiyyət uğurlu parlament diplomatiyasının nəticəsidir. Onlayn mağaza

Cari ilin 17–20 noyabr tarixlərində AIPA-nın 47-ci Baş Assambleyasında iştirak etmək məqsədilə Filippinə edilən səfər barədə də məlumat verən deputat səfər çərçivəsində keçirilən görüşlərdə və ənənəvi AIPA–Azərbaycan dialoqu zamanı təşkilata üzv parlamentlərin nümayəndələrinin Azərbaycanda gedən inkişaf proseslərini və ölkəmizin qlobal miqyasda artan rolunu yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью