Dünyanın gözlədiyi görüş: Rusiya ABŞ danışıqlarından İLK GÖRÜNTÜLƏR

18.02.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqları başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov təmsil edir.

ABŞ tərəfini isə dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edir.

Danışıqlar Səudiyyə Ərəbistanının krallıq ailəsinə aid saraylardan biri olan Diriyah sarayında, Al-Basatin kompleksində keçirilir.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью