Dünyanın gözlədiyi qərar: Hörmüz boğazı açılır?

04.08.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında Hörmüz boğazının avqustun 4-dək açılması ilə bağlı danışıqlar aparıldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, məqsəd boğazın tam fəaliyyətinin bərpa edilməsidir. Tramp bildirib ki, ilk mərhələdə bu məsələnin həlli nəzərdə tutulur, bundan sonra isə İranın nüvə proqramı ilə bağlı müzakirələr davam etdirilə bilər.

ABŞ lideri qeyd edib ki, danışıqların nəticəsi bazar ertəsi gecəsi və ya çərşənbə axşamı daha aydın məlum olacaq. O, həmçinin hazırkı təmasları İranla münaqişənin sülh yolu ilə həlli üçün son imkan kimi qiymətləndirib.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью