Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Azərbaycanın “Tağıyev: Neft” filmi bu il “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında 98-ci Kino Akademiyasının “Oskar” mükafatına təqdim olunub.
Belə ki, kateqoriya üzrə uzun siyahı oktyabrda, qısa siyahı isə dekabrda açıqlanacaq, əsas nominasiyalar 2026-cı ilin yanvarında elan ediləcək.
Mükafatlandırma mərasimi isə müvafiq ilin martında Los-Ancelesdə keçiriləcək. Bu hadisə milli kinomuz üçün ciddi həmiyyət kəsb edir.
Azərbaycan filmi nəhayət “Oskar” kimi nüfuzlu mükafatı qazanmaq şansı əldə edə bilərmi?
Globalinfo.az-a danışan aktyor Kamran Yunis deyib ki, “Oskar” mükafatının siyasi təsirlər altında olduğu tez-tez vurğulanır: Kamran Yunis “Tağıyev: Neft” filmi son illərdə Azərbaycanda çəkilmiş ən uğurlu layihələrdən biridir.
Həm texniki, həm də yaradıcı baxımdan yüksək keyfiyyətə malik olsa da, dünya səviyyəsində uğur qazanacağına dair ciddi gözlənti yoxdur.
Bununla belə, indiki dövrdə “Oskar”a təqdim ediləcək ən layiqli Azərbaycan filmi hesab olunur.