Dünyanın gözü Haaqada olacaq: Tramp NATO sammitinə qatılır

03.06.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp iyun ayında Haaqada keçiriləcək NATO sammitində iştirak edəcək.

Globalinfo.az xəbər verir ki, məlumatı Ağ Evin mətbuat katibi Karolin Livitt rəsmi olaraq təsdiqləyib.

Onun sözlərinə görə, Tramp sammitdə iştirak etmək niyyətindədir və artıq bu istiqamətdə hazırlıqlar aparılır.

Qeyd edək ki, sammit çərçivəsində Ukrayna müharibəsi, NATO-nun gələcək strategiyası və Avropadakı təhlükəsizlik vəziyyəti əsas mövzular olacaq.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью