Dünyanın gözünü dikdiyi Tramp Putin zirvəsi ləğv edildi | Icma.az
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünyanın maraqla gözlədiyi Tramp-Putin sülh zirvəsi rəsmən ləğv edilib.
Ağ Evdən verilən açıqlamaya görə, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında yaxın vaxtlarda görüş keçirilməsi planlaşdırılmır.
Milli.Az xəbər verir ki, Tramp ilə Putin arasında Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan görüşün yaxın zamanda olmayacağı bildirilib.
ABŞ mediası, mənbələrə istinadən yazır ki, ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında dünən baş tutan telefon danışığı zamanı Moskvanın Trampın sülh planına laqeydliyi hiss olunub.
Ağ Ev rəsmisi açıqlamasında deyib: "Dövlət katibi Rubio və nazir Lavrovun telefon danışığı kifayət qədər məhsuldar olub.
Buna görə əlavə üzbəüz görüşə ehtiyac yoxdur və Prezident Trampın yaxın gələcəkdə Prezident Putinlə görüşməsi planlaşdırılmır." Kremlin sözçüsü Dmitri Peskov da məsələ ilə bağlı bildirib ki, "hələ razılaşdırılmamış bir görüşü təxirə salmaq olmaz.
Nə Prezident Tramp, nə də Prezident Putin dəqiq tarix verməyib.
Tam oxu
Xəbəri oxu