Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir.
Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki həmsöhbətimiz Burkina Faso nümayəndəsi Abubakar Tarore oldu.
O, Trend-ə açıqlamasında bildirib ki, Misirdə və BƏƏ-də, indi isə Bakıda COP29-da iştirak edir.
"Bakı Olimpiya Stadionunun ərazisində tədbirin çox yaxşı təşkil edilməsini və yaradılmış infrastrukturu, müxtəlif ölkələrin iclas otaqları və pavilyonlarını qeyd edə bilərəm.
Hamımız bura bir məqsəd üçün toplaşmışıq - bizim bir planetimiz, bir yerimiz var.
Təbiətlə çox diqqətli olmalı, ətrafımızdakı dünyanı qorumalıyıq.