Dünyanın ikinci ən böyük stadionu Argentinada olacaq

29.01.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Argentinanın "River Pleyt" futbol klubu öz ev stadionu olan "Monumental"ın genişləndirilməsi layihəsinə başladığını elan edib.

Oxu.Az bildirir ki, bu barədə komandanın mətbuat xidməti xəbər verir.

Arenanın tutumunun hazırkı 85 000 nəfərdən 101 000 nəfərə qədər artırılması planlaşdırılır.

Tikinti işlərinin başlanması aprel ayının ilk həftəsinə planlaşdırılıb. Layihə on aparıcı tikinti şirkətinin iştirakı ilə müsabiqə əsasında həyata keçiriləcək. İşlərin təxmini dəyəri 100 milyon dollardan çoxdur, rekonstruksiyanın ümumi müddəti isə təxminən 36 ay çəkəcək.

İşlər başa çatdıqdan sonra "Monumental" tutumuna görə dünyanın ikinci ən böyük futbol arenası olacaq. Hazırda nominal olaraq ən böyük stadion Şimali Koreyanın paytaxtı Pxenyandakı "Bir May" stadionudur (114 000 yer).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью