Dünyanın ilk Tolerantlıq evi: Kəbənin örtüyü Azərbaycandadır FOTOLAR | Icma.az
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Mərhəmət, sevgi və əxlaq dini olan İslamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir.Müxtəlif dinlərin, millətlərin nümayəndələrinə qarşı dövlət qayğısı Azərbaycan tarixinin bütün dönəmlərində mövcud olub və ölkəmiz müxtəlif etnik və dini qrupların sülh şəraitində yaşadığı bir məkandır.Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Azərbaycanda insanlar hansı etnik mənsubiyyətə, hansı dinə, hansı baxışlara sahib olmalarından aslı olmayaraq rahat və azad şəkildə yaşaya bilir.Bakıvaxtı.az-ın əməkdaşlarıötən il noyabrın 16-da Beynəlxalq Tolerantlıq Günü münasibətilə Bakıda açılışı olan Tolerantlıq evində olub.İçərişəhərdə yerləşən bu bina Azərbaycanın tolerantlıq tarixini əks etdirən nümunələrlə zəngindir.Tolerantlıq evində 3 ənənəvi dinin atributları, müqəddəs dini kitablar, etnoqrafik eksponatlar, dini liderlərə aid təltiflər, şəxsi hədiyyələr, dövlət mükafatları, xarici dövlətlərdən hədiyyə olunmuş əşyalar nümayiş etdirilir.
Ən dəyərli eksponant isə Məkkədən Azərbaycana hədiyyə edilən Kəbə evinin örtüyüdür.
Həmçinin bu evdə yaxın zamanlarda bütün dinlərə aid kitabların olduğu kitabxana açılacaq.Ziddiyətlərin bol olduğu, dini müstəvidə böhranlar yaşanan dünyada belə bir məkanın Azərbaycanda yaranması əslində məntiqi bir haldır.
Çünki tolerantlıq ölkəmizdə təkcə dövlət siyasəti yox, həm də həyat tərzidir.
Bu həyat tərzi əsrlərlə özünü təsdiq etmiş, oturuşmuş bir modeldir.
Bu baxımdan Tolerantlıq evinin yaranması üçün ən uyğun məkan elə Azərbaycan idi ki, bunu da Qafqaz Müsəlmanları İdarəsi reallaşdırıb.Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Bakıvaxtı.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan reallıqlarını gözəl bilən bir din xadimidir və o, Tolerantlıq evi ideyasının yaradıcılarından biridir:"Lakin çoxları bilmir ki, bu ideyalarla vaxtilə Mehriban xanım Əliyeva çıxış edib.
Mehriban xanım Azərbaycanın multikultural modelini dünyaya təqdim edib.
Tam oxu
Xəbəri oxu