Dünyanın internetlə təmin edən nəhəng sualtı kabel görüntüləndi

21.11.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın internetlə təmin edən nəhəng sualtı kabel  görüntüləndi. 

"Cebheinfo.az" xəbər verir ki, Qitələri bir-birinə bağlayan və qlobal internet əlaqəsini təmin edən nəhəng sualtı kabel şəbəkəsinin üçölçülü görüntüsü diqqət çəkir.

Bir çox insan beynəlxalq məlumat mübadiləsinin əsasən peyklər vasitəsilə həyata keçirildiyini düşünsə də, əslində, dünya üzrə məlumat trafikinin böyük hissəsi okeanların dibindən keçən fiber-optik kabellər vasitəsilə ötürülür.

Minlərlə kilometr məsafəyə uzanan bu kabellər məlumatların yüksək sürətlə bir qitədən digərinə çatdırılmasını təmin edir.

Mesajların göndərilməsi, videozənglərin həyata keçirilməsi və dünyanın müxtəlif ölkələrində yerləşən internet resurslarına çıxış məhz bu nəhəng kabel şəbəkəsi sayəsində mümkün olur.

Beləliklə, gündəlik istifadə etdiyimiz internetin əsasını təşkil edən qlobal məlumat mübadiləsinin böyük bir hissəsi okeanların dərinliklərində yerləşən bu fiber-optik xətlər vasitəsilə həyata keçirilir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью