Dünyanın nəbzi necə döyünür?

09.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

"İranla atəşkəs mənim üçün bitib!"

Bu sözləri ABŞ Prezidenti Donald Tramp bəyan edib. “Artıq iranlılarla münasibət qurmaq istəmirəm. Bu, artıq vaxt itkisidir. Onlar yalançıdırlar. Biz razılığa gəlirik, hamı razı olur. Nüvə silahı yoxdur. Onlar çölə çıxırlar, mətbuatla danışırlar, deyirlər ki, biz bu barədə heç nə danışmamışıq. Onlarda nəsə problem var. Onlar ağılsızdırlar”, – deyə Tramp vurğulayıb.

Onu da qeyd edək ki, ABŞ ordusu ötən gecə İranda 80-dən çox hədəfə zərbələr endirib.

NATO-nun Ankara Sammitinin Bəyannaməsi

Bu barədə “TRT Haber” məlumat yayıb. Məlumatda deyilir ki, müttəfiqlər yeni tədarük müqavilələri üzrə razılıq əldə ediblər. Bəyənnamadə, həmçinin müttəfiqlər kollektiv istehsal imkanlarını artırmaq və innovasiyaları sürətləndirmək məqsədilə sənaye sektoru ilə birgə işləmək öhdəliyi götürdüklərini bəyan ediblər.

Sənəddə Rusiyanın Avro-Atlantik təhlükəsizliyinə yaratdığı uzunmüddətli təhdid fonunda müdafiə imkanlarının gücləndiriləcəyi, 50 milyard ABŞ dollarından çox dəyərində yeni müdafiə satınalmalarının həyata keçiriləcəyi bildirilib.

NATO-nun Ankara Sammitində Alyansın 5-ci maddəsinə, yəni bir müttəfiqə edilən hücumun bütün müttəfiqlərə edilmiş hücum hesab olunması prinsipinə, eləcə də transatlantik əlaqələrə sarsılmaz sadiqlik bir daha təsdiqlənib.

Makronla qapalı görüş

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan NATO-nun dövlət və hökumət başçılarının Ankara Zirvə görüşü çərçivəsində Prezident Sarayında Fransa Prezidenti Emmanuel Makronla qapalı görüş keçirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumatda bildirilib ki, görüşdə Ərdoğanla birlikdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və digər yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti iştirak edib.

Görüşün detalları barədə hələlik rəsmi açıqlama verilməyib.

Pit Heqset Təl-Əvivə niyə getmədi?

ABŞ-ın müdafiə naziri Pit Heqset İsrailə planlaşdırılan səfərini ləğv edib. Bu barədə “The Jerusalem Post” özəl mənbəyə istinadən məlumat yayıb. Deyilir ki, amerikalı nazir səfər çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsla görüşməli idi. NATO sammitində iştirak etmək üçün ABŞ Prezidenti Donald Trampla birlikdə Ankarada olan Heqset ABŞ-ın İrana endirdiyi zərbələr fonunda İsrailə qısamüddətli səfər etməyi planlaşdırırdı. Amma son anda Pit Heqset Təl-Əvivə səfərini təxirə salıb.

Pezeşkian təcili Tehrana qayıdıb

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın İrana endirdiyi zərbələr fonunda İraqı təcili tərk edərək Tehrana qayıdıb. Bu barədə İranın rəsmi mediası məlumat yayıb.

Pezeşkian İranın keçmiş ali lideri Ayətullah Əli Xameneinin vida mərasimində iştirak etmək üçün İraqın Nəcəf şəhərində olub. ABŞ-ın İrana gözlənilməz hücumlarından sonra isə səfərini yarımçıq qoyaraq ölkəsinə dönüb.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью