Dünyanın nüvə arsenalı açıqlanıb Rusiya və ABŞ liderdir

24.11.2026

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyada ümumilikdə 12 187 nüvə başlığı olduğu təxmin edilir. Nüvə silahlarının böyük hissəsi Rusiya və ABŞ-ın payına düşür.

Banco.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2026-cı ilin yanvar ayına olan məlumatlarına görə, Rusiya 5 420 nüvə başlığı ilə ilk, ABŞ isə 5 042 başlıqla ikinci yerdədir. Bu iki ölkə dünya üzrə nüvə arsenalının təxminən 86 faizinə sahibdir.

Ölkələr üzrə nüvə başlıqlarının sayı belədir:

Rusiya – 5 420

ABŞ – 5 042

Çin – 620

Fransa – 370

Böyük Britaniya – 225

Hindistan – 190

Pakistan – 170

İsrail – 90

Şimali Koreya – 60

SIPRI-nin məlumatına əsasən, dünya üzrə nüvə başlıqlarının 9 745-i hərbi ehtiyatlarda saxlanılır, 4 012-si isə raket və təyyarələrdə yerləşdirilib.

Hesabatda Çinin nüvə arsenalını genişləndirməsi də diqqət çəkir. Bundan əlavə, nüvə silahına malik doqquz ölkənin hamısı arsenalını modernləşdirməyi davam etdirir.

Nüvə Silahlarının Ləğvi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) məlumatına görə, doqquz ölkənin nüvə silahlarına çəkdiyi ümumi xərc 2025-ci ildə 118,8 milyard dollara çatıb. Bu, əvvəlki illə müqayisədə 19 faiz çoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью