Dünyanın polad nəhəngləri açıqlanıb

23.09.2026

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Çin 2025-ci ildə qlobal polad bazarında 133,6 milyon tonla liderliyini qoruyub.

Banco.az xəbər verir ki, Çindən sonra Yaponiya 29,8 milyon tonla ikinci, Cənubi Koreya isə 27,9 milyon tonla üçüncü yerdə qərarlaşıb. Almaniya 20,9 milyon tonla 4-cü, 27 ölkədən ibarət Avropa İttifaqı isə 20,5 milyon ton ixracla 5-ci yerdə qərarlaşıb.

Siyahıda 6-cı yerdə olan Türkiyəni (17,5 milyon ton) 15,2 milyon tonla Rusiya izləyir. Siyahının daha aşağı pillələrində 14,7 milyon tonla Belçika, 14,3 milyon tonla İtaliya və 13,5 milyon tonla İran yer alır.

Dünyanın ən çox polad ixrac edən 20 ölkəsi arasında 11,6 milyon tonla İndoneziya, 11,1 milyon tonla Vyetnam, 11 milyon tonla Braziliya və 9,9 milyon tonla Hindistan yer alır.

Polad idxalına görə Avropa İttifaqı liderliyi ələ keçirib. Aİ 2025-ci ildə ümumilikdə 43,7 milyon ton polad alıb və dünyanın ən böyük polad idxalçısı adını qazanıb. ABŞ 23,9 milyon tonla ikinci yerdədir. ABŞ-dən sonra İtaliya 20,4 milyon tonla üçüncü, Almaniya isə 20,2 milyon tonla dördüncü yerdədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью