Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cənubi Afrikalı pastor Coşua Mhlakelanın dünyanın sonu ilə bağlı irəli sürdüyü 12–13 oktyabr 2026-cı il tarixləri gəlib çatıb.
Bakıvaxtı.az xəbər verir ki, “New York Post” nəşrinin məlumatına görə, pastor bu tarixlərdə möminlərin göyə yüksələcəyini iddia edib.
Mhlakela Tanrıdan və İsa Məsihdən aldığı görüntülərə əsaslandığını söyləyərək bu hadisənin baş verəcəyini proqnozlaşdırıb. Onun iddiasına görə, söhbət Yer kürəsinin fiziki məhvindən deyil, İsanın qayıdışı ərəfəsində möminlərin göyə yüksəlməsindən gedir.
Lakin sosial şəbəkələrdə bu iddialar tezliklə dünyanın tamamilə məhv olacağı ilə bağlı apokaliptik proqnozlara çevrilib.
Daha əvvəl bu hadisənin 23 sentyabr 2025-ci ildə baş verəcəyi bildirilmişdi. Həmin vaxt onun bəzi davamçılarının proqnoza inanaraq evlərini və avtomobillərini satdıqları, hətta işlərini tərk etdikləri barədə məlumatlar yayılmışdı.
Proqnoz gerçəkləşmədikdən sonra Mhlakela Tanrının insanlara tövbə etmək üçün əlavə vaxt verdiyini iddia etmişdi. O, yeni tarixləri isə yəhudilərin Roş Haşana bayramı ilə əlaqələndirərək əvvəlki hesablamasında səhv etdiyini bildirib.
Qeyd edək ki, dünyanın sonu ilə bağlı bu iddiaları təsdiqləyən elmi sübut yoxdur.