Dünyanın sonuna günlər qalıb DƏHŞƏTLİ PROQNOZ

07.10.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Cənubi Afrikada yaşayan pastor Coşua Mhlakela bəşəriyyətin sonu ilə bağlı yeni tarix açıqlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, o, dünyanın sonunun 12-13 oktyabr 2026-cı ildə baş verəcəyini iddia edib.

Pastorun sözlərinə görə, bu tarixi ona Tanrı və İsa Məsihin göründüyünü iddia etdiyi görüntülərdən sonra müəyyənləşdirib. O, “göyə qalxma” hadisəsinin baş verəcəyini, ardınca isə “Böyük əzab” dövrünün başlayacağını bildirib.

Mhlakela daha əvvəl bu hadisənin 23 sentyabr 2025-ci ildə baş verəcəyini proqnozlaşdırmışdı. Onun bəzi tərəfdarları bu iddiaya inanaraq evlərini və avtomobillərini satıb, hətta işlərindən ayrılmışdılar.

Proqnoz baş vermədikdə pastor bildirib ki, Allah insanların tövbə etməsi üçün Qiyamət Gününü təxirə salıb. Mhlakela bu dəfə açıqladığı tarixlərin dəyişdiriləcəyini gözləmədiyini deyib.

Murad İsmayıl 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью