Dünyanın sonunun necə olacağı ilə bağlı məxfi kitab qismən açıqlanıb Daily Mail | Icma.az
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Yer kürəsinin maqnit sahəsinin qəfil dəyişməsi güclü zəlzələ, sunami və iqlim dəyişikliklərinə səbəb olacaq və bütün sivilizasiyanın məhvinə gətirib çıxaracaq..." Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ Hərbi-Hava Qüvvələrinin sabiq əməkdaşı və UFO təqdiqatçısı Çan Tomasın "Adəm və Həvva tarixi" adlı kitabını qismən məxfilikdən çıxararaq yayımlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
1966-cı ildə yazılmış bu kitabda müəllif iddia edir ki, hər 6500 ildən bir Yer kürəsində İncildə qeyd olunan "Nuh tufanı" kimi bir fəlakət baş verir.
Lakin kitabın qismən açıqlanmasına baxmayaraq, hələ də məxfi məqamlar mövcuddur və tam mətn MKİ arxivlərində saxlanılır.
Tomas öz kitabında hətta ən məlumatlı oxucuları belə təəccübləndirə biləcək bir neçə əsas mövzuya toxunur.
Ən şokedici bəyanatlardan biri onun fəlakətlərin dövri xarakter daşıması ilə bağlı iddiasıdır.
O, bu fəlakətlərin hər 6500 ildən bir baş verdiyini və bunu sübut etmək üçün İncildə qeyd olunan "Böyük tufan"ı misal göstərir.
Tam oxu
Xəbəri oxu