Dünyanın yaşlı əhalisi 2050 ci ilədək 2,1 milyarda çatacaq

01.10.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

2050-ci ildə dünya üzrə 60 və daha çox yaşda olan insanlardan ibarət yaşlı əhalinin sayının 2,1 milyard nəfərə çatacağı, 2080-ci ilə qədər 65 və yuxarı yaşda olanların sayının isə 18 yaşadək uşaqların sayından çox olacağı proqnozlaşdırılır.


Missiya.Az "Trthaber"ə istinadən xəbər verir ki, BMT-nin statistikasına görə son 30 ildə gözlənilən ömür uzunluğu 8,6 il artıb.

Qeyd edək ki, hesabatda 2020-2050-ci illər arasında 80 və yuxarı yaşlı insanların sayının üç dəfə artaraq 426 milyona çatacağı qeyd olunub.


İlahə Qənbərli
Missiya.Az 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью