Dünyanın yükünü çiyinlərində daşıyır Trampdan PAYLAŞIM

27.06.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp özünü Yer kürəsini çiyinlərində tutan nəhəng kimi təsvir edib.

Redaktor.az xəbər verir ki, Amerika lideri süni intellektdən istifadə edərək hazırlanmış maraqlı şəkli özünə məxsus "Truth Social" sosial şəbəkəsində paylaşıb.

Sözügedən vizualda Trampın planetin ağır yükü altında büküldüyü əks olunub. Onun bir çiynində Amerika bayrağının asıldığı, özünün isə qayalıq bir məkanda addımladığı təsvir edilib.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью