Dünyasını dəyişən pilotun təhsil aldığı müəssisədən təsirli paylaşım

25.12.2024

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin pilotlarından biri olan Kalyaninov Aleksandr Bakı Avropa Liseyinin məzunu olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə lisey məlumat yayıb.
“Ölkə kədər içindədir. Biz, Bakı Avropa Liseyinin müəllimləri üçün bu, şəxsi fəlakətdir: məzunumuz həlak olub. Bizim Aleksandr Kalyaninov. O, arzusunu həyata keçirdi: pilot oldu. Uğurlarına necə də sevinirdik”, - məlumatda deyilib.
Bildirilib ki, Kalyaninov hələ abituriyent və daha sonra tələbə olanda Liseyə Türkiyədən “Təşəkkür” məktubu göndərilib:
“Ağıllı, yaraşıqlı oğlan həyatının ən yaxşı çağında öldü, postunda onlarla insanın həyatını xilas etdi. Ürək heç vaxt bu itki ilə barışmaz. Biz səmaya baxanda, uçan təyyarənin səsini eşidəndə Saşanı xatırlayacağıq. Əbədi yaddaşımızdasan... Ailəsinə və dostlarına başsağlığı diləyirik”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью