Dünyaşöhrətli ekstremal idmançı faciəli şəkildə öldü

18.07.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avstriyalı ekstremal paraşütçü Feliks Baumqartner İtaliyanın Adriatik sahillərində yamac paraşütü (paraplan) ilə uçarkən faciəli şəkildə həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Kurier" nəşri yayıb.

İnsident Porto Sant-Elpidio şəhərində baş verib.

Məlumata görə, Baumqartner özünü pis hiss etdikdən sonra paraplana nəzarəti itirib. Aparat yerli hotelin hovuzuna düşüb, paraşütçü yerindəcə ölüb. Hovuzda olan hotel işçisi isə boyun nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.

Baumqartner 39 kilometr yüksəklikdən stratosferdən tullanışı ilə dünya şöhrəti qazanıb. O, 56 yaşında idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью