Dünyaya artıq brilyant göz protezi ilə baxır... Foto | Icma.az
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq. ABŞ-də zərgərlik mağazasının sahibi Sleyter Consun göz protezinə brilyant yerləşdirilib
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hazırlanma işini göz protezləri üzrə mütəxəssis Con Lim həyata keçirib.
O etiraf edib ki, karyerası ərzində təxminən 10 min süni göz düzəldib, lakin beləsini heç vaxt hazırlamayıb.
“Bu mənim təcrübəmdə ən bahalı göz protezidir”, - Lim qeyd edib.
Bildirilir ki, S.Consun yeni gözü işıqda parlayır, sözün həqiqi mənasında göz qamaşdırır.
Hətta o, zarafatla deyir ki, indi dünyada ən dəyərli baxış məhz ona məxsusdur: “Mən gözümü itirdim, amma bu, həyatıma yeni işıq gətirdi.
Con Lim bu brilyant protezi sadəcə tibbi cihaz olmaqdan çıxararaq əsl sənət əsərinə çevirib”.
Zərgərin hekayəsi sosial şəbəkələrdə geniş səs-küyə səbəb olub.
Tam oxu
Xəbəri oxu