Dünyaya Azərbaycan nümunəsi: “Həm dosta, həm də düşmənə...”

30.05.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyev mayın 28-də Qarabağ bölgəsinə səfəri çərçivəsində bir sıra müəssisələrin açılışında iştirak edib.

Ölkə başçısı Xankəndində əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzi ilə tanış olub. Eləcə də Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib.

Xocalıda əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub. Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib.

Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan ölkə başçısı kəndə qayıdan sakinlərlə görüşündə bir sıra məsələlərə toxunub. Ölkə başçısının bu səfəri zamanı tarixi anlar yaşanıb.

Dövlət başçısı hansı mesajları verib? 

Millət vəkili Arzuxan Əlizadə "Cebheinfo.az"-a bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq bir neçə dəfə işğaldan azad olunmuş ərazilərə, Qarabağa, Şərqi Zəngəzura səfər edir:

"Hər səfəri zamanı ya bir obyektin bünövrəsi qoyulur və ya açılışını edir. Eyni zamanda həmin ərazilərdən qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın geri qayıdışı, onların məskunlaşması prosesi baş verir ki, bunlar da bilavasitə cənab Prezidentin iştirakı ilə reallaşır. Ölkə başçısı bu ərazilərə hər səfərlərində istər öz dədə-baba torpaqlarına qayıdan, məskunlaşma prosesində iştirak edən sakinlərin qarşısında çıxışlar edir və çox önəmli mesajlar verir.

Həm ölkə daxili, həm xaricə, həm dosta, həm də düşmənə ünvanlanmış bu mesajlardan nələrsə əxz edirlər. Növbəti dəfə cənab Prezidentin səfəri və yeni məskunlaşmış sakinlər qarşısında dediyi fikirlər təbii ki, gündəmdir. Azərbaycan torpaqları işğal altında olduğu müddətdə təəssüflər olsun ki, ikili münasibət nümayiş etdirilib. ATƏT-in Minsk qrupu, eləcə də digər beynəlxalq təşkilatlar lazımi səviyyədə haqq-ədalətin bərpasında iştirak etməyiblər.

Biz öz gücümüzün, qəhrəman Ordumuzun gücü hesabına, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etmişik. Hazırda bərpa-quruculuq işləri həyata keçirilir və 5 il ərazində görülən işlər misli görüməmiş işlərdir. 

Təbii ki, yeni infrastruktur layihələrinin reallaşması, 5 il ərzində 3 beynəlxalq hava limanının açılışı, onu da nəzərə alaq ki, Laçının ən çətin relyefində hava limanı belə, tikilib istifadəyə verilib.

Eləcə də bir çox məktəblər, uşaq bağçaları, yaşayış binaları inşa edilir, avtomobil yolları, dəmir yolu xəttləri çəkilir. Bütövlükdə görülən işlər, bugünlərdə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) da təqdim edildi.

Artıq Azərbaycan nümunəsi var, dünyaya təqdim edilən postmüharibə dövrü üçün bərpa prosesini necə aparmaq lazımdır, şəhərlərin, kəndlərin "ağıllı kənd" və "ağıllı şəhər" layihələrinin necə reallaşması ilə bağlı Azərbaycan nümunəsi də ortadadır.

Bütün bunlar həm Azərbaycan dövlətinin gücündən xəbər verir, həm də Prezident İlham Əliyevin olduqca önəmli bir siyasətinin nəticəsi olaraq da təqdim olunur və bu da təbii ki, qürurvericidir".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью