“Dünyaya bir də gəlsəm, Aynişan olmaq istərdim” Aybəniz Haşımova | Icma.az
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir. Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyeva ilə bağlı açıqlamalar verib.Bakı
Elə bil, Allah onu proqram əsasında dünyaya gətirib. O insanın bir səhvi yoxdur. Nə deyirsə, hamısı düzdür.
Mən də şir bürcüyəm, hərdən özümü göstərmək istəyirəm, deyirəm, mən də düşünə bilirəm. Sonra görürəm ki, Ayni düz deyirmiş.
Mənim həm dostum, həm qızım, həm oğlum, hər şeyim, nəfəsimdir.Həmişə ona deyirəm ki, sən mənim nəfəsimsən, insan nəfəsi bitəndə tükənir.
Nəfəsim heç vaxt tükənməsin. Aynişanın timsalında bütün övladların arzularına çatdığını görək. Bəzən səhv arzular da edirik.
Həmişə dua edəndə deyirəm ki, gözəl arzuların həyata keçsin.Aynişanla keçirdiyim anlar həyatımın bütün gözəlliyini ifadə edir.
Onsuz keçən günüm gün deyil. Onsuz keçən gündə yaşamıram. Aynişan yanımda olanda, onu hər görəndə elə bilirəm ki, ömrümə ömür calanır.
Elə bilirəm bir yox, saysız dünya yaşayıram… Onsuz olduğum hər an. Təki xoşbəxt olsun.
Tam oxu
Xəbəri oxu