“Dünyaya onların gözü ilə baxaq”

04.10.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

4 oktyabr – Ümumdünya Heyvanlar Günüdür

Hər il oktyabrın 4-də Ümumdünya Heyvanlar Günü qeyd olunur. Bu əlamətdar gün heyvanların rifahına diqqət çəkmək, onların yaşayış mühitlərinin qorunmasının və canlı aləmə məsuliyyətli münasibətin vacibliyini xatırlatmaq məqsədi daşıyır.

Günün qeyd olunması ənənəsi 1931-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilən ekoloqlar toplantısına gedib çıxır. Tarixin seçilməsi isə heyvanların və təbiətin himayədarı hesab olunan Assizili Fransiskin anım günü ilə bağlıdır.

Heyvanlar bu gün yaşayış mühitlərinin daralması, iqlim dəyişmələri, çirklənmə, qanunsuz ov və vəhşi təbiətin istismarı kimi bir sıra təhlükələrlə üz-üzədir. Buna görə onların qorunması yalnız ayrı-ayrı növlərin deyil, bütövlükdə ekoloji tarazlığın mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır.

2026-cı ilin Ümumdünya Heyvanlar Gününün mövzusu “Dünyaya onların gözü ilə baxaq”dır. Çağırış insanları təbiətə münasibətini yenidən düşünməyə və digər canlıların da planetimizin ayrılmaz hissəsi olduğunu xatırlamağa səsləyir.

Bu gün bir daha yada salınır ki, heyvanları qorumaq əslində öz gələcəyimizi qorumaqdır.

Səadət Rzayeva
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью