“Dünyəviliyi və demokratik inkişaf yolunu qorumalıyıq”

16.10.2026

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Azərbaycanda vahid məktəbli geyimi ilə bağlı qəbul edilən qərara münasibət bildirib:


“Son hadisələr məni narahat edir və düşündürür. Əminəm ki, Azərbaycan dövləti və xalqı bütün qərəzli təxribat və manipulyasiyalara hər zaman olduğu kimi üstün gələcək”.

Gununsesi.info -ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, Azərbaycan müstəqil və suveren dövlət olaraq kənardan heç bir müdaxilə olmadan bütün məsələləri özü həll etmək iqtidarındadır.

“Gələcək naminə dünyəviliyi və demokratik inkişaf yolunu hamımız qorumalıyıq.

Azərbaycan hökumətinin vahid məktəbli geyim ilə bağlı qəbul olunmuş qərarı dəstəkləyirəm və məsələ ilə bağlı bütün təxribatları qınayıram”,-deyə o əlavə edib.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью