Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Duqlas Kostanın yeni klubu məlum oldu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
"Bavariya" və "Yuventus"un sabiq futbolçusu Duqlas Kostanın yeni klubu müəyyənləşib.
QOL.az xəbər verir ki, o, İtaliyanın "Kyevo Verona"sına keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı yarımmüdafiəçi ilə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Xatırladaq ki, braziliyalı futbolçu şəxsi problemləri səbəbindən 2025-ci ilin sentyabr ayında Avstraliya "Sidney"indən ayrılmışdı və həmin vaxtdan klubsuz idi. Karyerası ərzində Kosta "Yuventus", "Bavariya", "Los-Anceles Qelaksi", "Fluminense" və "Qremio"da da oynayıb.