Duqlas Luis İngiltərəyə dönür

14.06.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

"Yuventus"un yarımmüdafiəçisi Duqlas Luis İngiltərəyə dönmək arzusundadır.

İdman.biz xəbər verir ki, braziliyalı futbolçu "Lids"ə keçə bilər.

Premyer Liqaya qayıdan komanda heyətini gücləndirmək niyyətindədir. Turin klubunun Duqlası 35 milyon avroya sata biləcəyi xəbərləri yayılıb. Luis "Mançester Yunayted"in də transfer siyahısında düşüb.

Qeyd edək ki, ötən yayda "Aston Villa"dan 51,5 milyon avroya alınan Duqlas "Yuventus"da ümidləri doğrultmayıb. O, 26 oyunda cəmi bir ötürmə ilə fərqlənib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью