Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin Əskişəhər şəhərinin Tepebaşı rayonunda polis əməkdaşlarının “dur” əmrinə tabe olmayaraq qaçan sürücü saxlanılıb.
Avtosfer.az HaberGlobal-a istinadla xəbər verir ki, sürücü F.G. polisə müqavimət göstərib və alkotesterə üfürməkdən imtina edib. Yoxlama zamanı onun daha əvvəl sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücülük vəsiqəsinin alındığı məlum olub.
Sürücüyə “polisin dur xəbərdarlığına tabe olmamaq”, “alkotester testindən imtina etmək” və “sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək” səbəbilə ümumilikdə 550 min lirə (19 500 manat) cərimə tətbiq edilib. Avtomobil isə 60 gün müddətinə nəqliyyatdan kənarlaşdırılıb.