Duran Fransaya yollanası olmadı o yenidən İngiltərəyə qayıda bilər

01.02.2026

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

''Fənərbaxça''lı Con Duranın Fransaya yollana biləcəyi ilə bağlı sürpriz xəbəri diqqətinizə çatdırmışdıq.

"Football-plus.az" xəbər verir ki, kolumbiyalı hücumçunun ''Lill'' ilə anlaşdığı irəli sürülmüşdü. Ona ''Renn'' də maraq göstərirdi. Ancaq Fransanın ''Le Parisien'' nəşri bu məsələdə son durumu açıqlayıb. Nəşrdə paylaşılan xəbərdə Duranın ''Lill''ə keçidinin baş tutmadığı qeyd olunub. ''İtlər'' bu futbolçunu artıq gündəmdən çıxarıb.
Duran ''Renn'' ilə də anlaşa bilməyib. Bir şey dəqiqdi ki, 23 yaşlı futbolçu ən azı bu qış Fransaya yollanmayacaq. Ancaq əvəzində indi də İngiltərə variantı ortaya çıxıb. ''Teamtalk'' portalının özəl xəbərinə görə premyer-liqanın birdən-birə 3 klubu - ''Tottenhem'', ''Nyukasl'' və ''Lids'' Durana maraq göstərir. İstedadlı futbolçu zatən daha öncə ''Aston Villa''da top qovduğundan İngiltərə futboluna gözəl bələddi.
Duranın ''Fənər''dən ayrılmaq istəməsi onun tez-tez ehtiyatda qalması və bu klubda yaşanan rəqabətlə bağlıdı. Anderson Talişka və Yussef Ən-Nəsiri ilə daim rəqabətdə olan Duranın məhsuldarlığı da istənilən səviyyədə deyil. O, Türkiyə karyerasında 21 rəsmi oyuna cəmi 5 qol vurub. Halbuki bu futbolçunun bir ili ''Fənər''ə ümumilikdə az qala 20 milyon avroya başa gəlir. Belə bahalı oyunçudan daha yaxşı məhsuldarlıq gözləmək olardı.
Xatırladaq ki, Duran müqavilə ilə Səudiyyə Ərəbistanı nəhəngi ''Əl-Nəssr''ə məxsusdu və Türkiyədə icarə əsasında top qovur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью