Duran Rusiya klubuna keçdi RƏSMİ

09.02.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Con Duran icarə əsasında "Zenit"ə keçib. 

Fanat.Az xəbər verir ki, bu barədə Sankt-Peretburq klubunun mətbuat xidməti məlumat yayıb. 

İcarə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər qüvvədə olacaq. Müqavilədə satınalma seçiminin olmayacağı bildirilir. 

Kolumbiyalı hücumçu bu mövsüm icarə əsasında "Fənərbağça"da oynayıb. 22 yaşlı futbolçu Türkiyə nəhəngində 21 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. O, ötən mövsüm "Əl-Nəsr"də 18 oyuna çıxaraq 12 qol vurub. Bundan əvvəl Duran həmçinin Premyer Liqada "Aston Villa"nın şərəfini qoruyub. 

Xatırladaq ki, portuqaliyalı superulduz Kriştianu Ronaldu "Əl-Nəsr"in oyunçusudur. 

"Zenit" 18 turdan sonra Rusiya Premyer Liqasının turnir cədvəlində 39 xalla 2-ci yerdədir və lider "Krasnodar"dan bir xal geri qalır.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью