Duran susqunluğunu pozdu VİDEO

11.10.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şotlandiya Premyerşipinin 8-ci turu çərçivəsində “Seltik” növbəti matçına çıxıb.

Futbolpress.az xəbər verir ki, “Mazervell”in qonağı olan Qlazqo təmsilçisi “Fir Park” stadionunda baş tutan qarşılaşmanı 2:0 hesablı qələbə ilə başa vurub.

Görüşdə hesabı 9-cu dəqiqədə “Seltik”in kolumbiyalı hücumçusu, “Qarabağ”ın sabiq futbolçusu Kamilo Duran açıb. Təcrübəli forvard uzaq məsafədən dəqiq və baxımlı zərbə ilə rəqib qapısını silkələyib. Matçda son nöqtəni isə 59-cu dəqiqədə toru havalandıran Benyamin Nüqren qoyub.

Şotlandiya Premyerşipi

VIII tur

Mazervell – Seltik 0:2

Qollar: Duran, 9, Nüqren, 59

Qolun videosunu buradan izləyə bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью